şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

İngiltərənin iki futbolçusu Çexiya ilə oyunu buraxacaq

22.06.2021 16:25 Oxundu 445


İngiltərə millisinin futbolçuları Meyson Maunt və Ben Çiluell Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda Çexiya ilə oyunu buraxacaqlar.

"CEMPİON.AZ" İngiltərə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, "Çelsi"nin oyunçuları koronavirusa yoluxan Şotlandiya yığmasının yarımmüdafiəçisi Billi Qilmorla təmasda olduqları üçün iyunun 28-ə qədər təcrid olunublar.
Bu gün İngiltərə millisinin bütün üzvləri koronavirus testindən keçiblər və nəticə mənfi olub.
Qeyd edək ki, bu gün keçiriləcək Çexiya - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.