22.06.2021 19:43
406
İspaniya La Liqa rəhbərliyi İspaniya Kral Futbol Federasiyasını (RFEF) məhkəməyə verib.
"CEMPİON.AZ" xəbər verir ki, buna səbəb federasiyanın birinci və ikinci liqa matçlarının cümə və bazar ertəsi keçirilməsinə qadağa qoymasıdır.
La Liqa Madrid Şəhər Məhkəməsinə rəsmi müraciətdə RFEF-i haqsız rəqabət yaratmaqla günahlandırıb.
Adıçəkilən qurum La Liqa və La Liqa-2-də oyunların təqvimini müəyyənləşdirmə hüququna malik olduğunu, buna müdaxilə etdiyi üçün isə federasiyadan 25 milyon avro təzminat tələb edəcəyini açıqlayıb.