şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Hücumçu üçün 34 milyon istədi

22.06.2021 20:37 Oxundu 427


İtaliyanın “Torino” klubu futbolçusu Andrea Belottini satmağa razılıq verib.

"CEMPİON.AZ" xəbər verir ki, A seriyası təmsilçisi gələn il müqaviləsi başa çatacaq hücumçunu pulsuz əldən verməmək üçün bu addımı atacaq.
Turin təmsilçisi İtaliya millisinin heyətində AVRO-2020-də iştirak edən forvardın transfer qiymətini də müəyyənləşdirib. Belottini heyətində görmək istəyən “Roma” bu barədə məlumatlandırılıb.
Paytaxt klubu forvard üçün 34 milyon avro ödəməlidir. Onun keçidini baş məşqçi Joze Mourinyo istəyib.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis “Tottenhem”də çalışdığı vaxtda da Belottinin transferində maraqlı idi.