22.06.2021 22:40
440
"Beşiktaş" baş məşqçisi Sergen Yalçınla bağlı qərar verib.
"CEMPİON.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənəcək. İstanbul təmsilçisinin Feysbuk səhifəsi Sergen Yalçının şəklini paylaşaraq "Onun yei buradır" yazıb.
"TRT Spor"un yaydığı məlumatda isə bu gün klub prezidenti Ahmet Nur Çebinin Segen Yalçınla görüşdüyünü və yeni müqavilə ilə bağlı razılıq əldə olunduğu bildirilib.
Qeyd edək ki, "Beşiktaş" 2020/2021 mövsümündə Sergen Yalçının rəhbərliyi ilə Superliqanı və ölkə kubokunu qazanıb.