şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

ÇL-də ilk mərhələnin oyunları keçirildi

23.06.2021 12:44 Oxundu 417


Çempionlar Liqasında 2021/22 mövsümünün ilkin mərhələsinin oyunları keçirilib.

"CEMPİON.AZ" xəbər verir ki, Andorranın “İnter Eskaldes” klubu səfərdə Farer adaları təmsilçisi “Torşavn”ı minimal hesabla məğlub edib – 1:0. 61-ci dəqiqədə Jordi Betri fərqlənib. 
Digər matçda Kosovonun “Priştina” klubu San Marino “Folqore”sindən üstün olub – 2:0. Qolları Endrit Qrasniqi (51) və Mendurim Hoti (90+1) vurub.
İlkin mərhələnin həlledici oyunu iyunun 25-də, “Priştina” və “İnter Eskaldes” komandaları arasında keçiriləcək.
İlkin mərhələnin qalibi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq.