“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Macarıstanın “Fehervar” klubu zədəlilərinin çox olması ilə əlaqədar bakılılarla sınaq matçından imtina edib. Buna görə də “ağ-qaralar” iyunun 24-də Sloveniyanın “Domjale” klubu ilə qarşılaşacaq. “Domjale” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan “Neftçi” toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də “Kodeljevo Sport Ljubljana” stadionunda yerli “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirib (1:1). “Ağ-qaralar” iyunun 29-u Moskva “Spartak”ı ilə üz-üzə gələcək.
BİZİM FUTBOL
Macarıstan klubu "Neftçi ilə oynamaqdan imtina etdi
23.06.2021 16:41
428