şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Usman Dembele 4 aylıq sıradan çıxdı

23.06.2021 18:24 Oxundu 447


Fransa millisinin yarımmüdafiəçisi Usman Dembelenin durumuna aydınlıq gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, AVRO-2020-nin qrup mərhələsində Macarıstanla qarşılaşmanın son dəqiqələrində zədələnən ulduz futbolçu əməliyyat olunacaq.
Yığmanın heyətindən çıxarılan 24 yaşlı ön xətt oyunçusu iyunun 28-də Finlandiyada dizindən əməliyyat ediləcək. İlkin ehtimala görə, “Barselona”nın futbolçusunun bərpası 4 ay çəkəcək. Bu isə o deməkdir ki, Dembele ən yaxşı halda oktyabrın sonlarında Kataloniya klubuna kömək edə bilər.
Bu zədəyə görə FİFA “Barselona”ya təzminat ödəməli olacaq.
Qeyd edək ki, Macarıstanla matçın 57-ci dəqiqəsində meydana çıxan Usman Dembele 87-ci dəqiqədə zədə ucbatından əvəzlənib.