“Mahir Emreli ikinci hücumçu mövqeyində daha rahatdır, daim boşluq axtarır, açıq sahəyə çıxır”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç deyib.
Təcrübəli mütəxəssis “Krasnodar”la keçirilən yoxlama görüşündən sonra komandanın heyətində yeganə qola imza atan azərbaycanlı hücumçu Mahir Emrelininin çıxışını dəyərləndirib. O, Emrelinin ön xətdə daha rahat çıxış etməsi üçün həll yolları axtardıqlarını söyləyib: “Emreli kənara qaçaraq, topla çox təmin olunmadığı üçün geri çəkilib-çəkilməyəcəyini soruşdu. Futbol oynamağı sevir. Ancaq Mahir də geri gəlsə, hücumda heç kim qalmaz. Buna görə də həll yolları tapmalıyıq ki, onu irəlidə daha biri gözləsin. Belədə oynamaq daha rahat olacaq, çox qol vuracaq və bacarıqlı olduğu üçün oyun quracaq”.
Qeyd edək ki, “Legiya”nın “Krasnodar”la yoxlama görüşü 1:1 hesabı ilə başa çatıb.
BİZİM FUTBOL
Çeslav Mixneviç: "Mahir bacarıqlı olduğu üçün oyun quracaq"
24.06.2021 09:48
478