24.06.2021 10:27
455
Fransa millisinin hücumçusu Kərim Benzema tarixə düşüb.
"CEMPİON.AZ" xəbər verir ki, o, AVRO-2020-nin qrup mərhələsinin son turunda Portuqaliya ilə keçirilən matçda buna nail olub.
Benzema 2:2 hesabı ilə başa çatan qarşılaşmada dubla imza atıb. O, bunu 33 yaş 186 günlüyündə həyata keçirməklə fransızların Avropa və dünya çempionatları tarixində bir görüşdə 1-dən çox qol vuran ən yaşlı oyunçusu ünvanına yiyələnib. Benzema sabiq baş məşqçisi Zinəddin Zidanın rekordunu yeniləyib. Zizu AVRO-2004-də İngiltərə ilə matçda dubl edəndə 31 yaş 356 günündə olub.
Qeyd edək ki, 1/8 finala qrup birincisi kimi vəsiqə qazanan Fransa yığması bu mərhələdə İsveçrə ilə (28 iyun) üz-üzə gələcək.