24.06.2021 11:49
469
Fransa millisinin hücumçusu Kərim Benzema Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda Portuqaliya ilə oyunda (2:2) vurduğu iki qoldan danışıb.
"CEMPİON.AZ" "beIN Sports"a istinadən xəbər verir ki, 6 ildən sonra yığmaya qayıtdıqdan sonra ilk qollarını vuran 33 yaşlı futbolçu deyib: “Qol vuranda sevinc və qürur hissi keçirdim. Hamı qol vurmağımı gözləyirdi. Təzyiq altında idim. Qol vurmaq əla idi və biz də pley-offa adladıq. Fərqlənmək istəyirəm, çünki bu turnirdə qolların çox vacib olduğunu bilirəm".
Qeyd edək ki, Fransa qrup 1-cisi olaraq 1/8 finala yüksəlib. Komanda bu mərhələdə iyunun 28-i İsveçrə ilə qarşılaşacaq.