şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Benzema: “Ronaldo mənim çox yaxşı və yaxın dostumdur"

24.06.2021 18:21 Oxundu 490


Fransa millisinin futbolçusu Kərim Benzema “Real”da sabiq komanda yoldaşı olan Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo ilə arasındakı münasibətdən danışıb.

"CEMPİON.AZ" "A Bola"ya istinadən xəbər verir ki, oyunçular Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Fransa – Portuqaliya matçında meydanda üz-üzə gəliblər. Benzema isə 36 yaşlı hücumçu ilə görüşməkdən məmnun olduğunu deyib:
“Ronaldo mənim çox yaxşı və yaxın dostumdur. “Real”da birlikdə çox şey əldə etdik , çoxlu qol vurduq. Onu yenidən görmək çox xoş idi. Milli komandalarımız və klublarımız üçün görüşlərdə danışmışıq. Biz bir-birimizə uğurlar dilədik”.
Qeyd edək ki, Fransa – Portuqaliya matçı 2:2 hesablı heç-heçə il başa çatıb.