şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Azarkeşlər La Liqanın oyunlarına buraxılacaq

24.06.2021 20:38 Oxundu 487


İspaniya La Liqasında 2021/22 mövsümündən etibarən azarkeşlərin tribunalara buraxılmasına icazə veriləcək.

"CEMPİON.AZ" xarici mətbuata istinadən xəbər verir ki, İspaniya hökuməti bu barədə qərar qəbul edib.
Yalnız klubların tribunaları tam, yoxsa qismən doldurmasına icazə veriləcəyi dəqiqləşdirilməyib. Hazırda bununla bağlı müzakirələr aparılır. Futbolla yanaşı, basketbol matçları zamanı da zallara tamaşaçılar buraxılacaq.
Qeyd edək ki, La Liqada ötən mövsümün son turlarında bəzi stadionlara az sayda tamaşaçı buraxılmışdı.