25.06.2021 10:50
450
İngiltərənin “Vest Bromviç” klubunun yeni baş məşqçisi müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, bu vəzifəyə Valeryen İsmel gətirilib.
45 yaşlı fransalı mütəxəssis ötən mövsüm “Barnsli”yə rəhbərlik edib. Onunla 4 illik müqavilə imzalanıb. İsmael bunadək “Volfsburq”, “Nürnberq” və LASK-a rəhbərlik edib.
Qeyd edək ki, ötən mövsüm “Vest Bromviç”i çalışdıran Sem Ellardays komanda Premyer Liqadan aşağı dəstəyə yuvarlandığı üçün yeni müqavilə imzalamaqdan imtina edib.