şənbə, 30 noyabr 2024

BİZİM FUTBOL

“Bizim çocuqlar" bacarmadılar

25.06.2021 12:47 Oxundu 454

2020 Avropa Çempionatının 12 fərqli şəhərdə keçirilməsi planlaşdırılmışdı. Ancaq pandemiya səbəbindən bəzi dəyişikliklər oldu. Çempionat vaxtından bir il sonra – 2021-ci ildə keçirildi. Həmçinin oyunların keçiriləcəyi 12 şəhərdən biri - İrlandiyanın paytaxtı Dublin azarkeşlərlə bağlı təminat verə bilmədiyi üçün ev sahibi olacaq şəhərlərin sayı 11-ə düşdü. 
Əvvəli bu cür “nəhs” başlayan turnirdə bizi üzəcək əsas hadisələr qrup mərhələsində oldu. Həmişə olduğu kimi milli, komandamız yarışlarda iştirak etmədiyindən, xarici ölkəklərin milli komandalarına azarkeşlik edəcəydik. Ölkəmizdəki əksər futbolsevərlərin Türkiyə yığmasına azarkeşlik edəcəyinə şübhə yox idi. “Ay-ulduzlular” qrup mərhələsində çıxacağı üç matçdan ikisini Bakıda keçirəcəkdi. Şenol Günəşin komandası ilk oyununu İtaliayaya qarşı keçirdi. Romada baş tutan görüşdə türklər üç cavabsız qolla məğlub oldular. Bundan sonra ölkəmizə yollanan kollektiv “Baksel Arnena”da məskunlaşdı. Bakı Olimpiya Stadionunda Uels yığma komandası ilə oynayan Türkiyə millisi yerli və Türkiyədən gələn azarkeşlərin coşğulu dəstəyinə baxmayaraq britaniyalılarla bacarmadı. Qapısında iki top görən “bizim çocuqlar”ın rəqibə cavab verməyə gücü yetmədi. Qrup mərhələsinin sonuncu matçında, Şenol Günəşin yetirmələrinin közərən ümidlərini İsveçrə millisi söndürdü. “Qırmızı xaçlılar”ın vurduqları 3 qola “ay-ulduzlular” bir qolla cavab verə bildilər. Bununla da çempionat bizim üçün “Biz bitdi demədən bitdi”. “Bizim çocuqlar” azarkeşlərin xəyallarını reallaşdıra bilmədilər.

Qasım Xuluflu