şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

"Roma" millinin qapıçısı ilə razılığa gəldi

25.06.2021 13:43 Oxundu 426


Portuqaliya millisinin qapıçısı Rui Patrisionun “Roma”ya keçidi ilə bağlı razılıq əldə olunub.

"CEMPİON.AZ" xəbər verir ki, İngiltərənin “Vulverhempton” klubu 33 yaşlı qolkiperin transferindən 7 milyon avro əldə edəcək.
Premyer Liqa təmsilçisi portuqaliyalının uğurlu çıxışı sayəsində əlavə bonuslar da qazana bilər. Patrisionun illik maaşı isə 2,7 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Rui 2018-ci ildən “Vulverhempton”in formasını geyinir.