“Real”ın prezidenti Florentino Peres təsisçisi olduğu Avropa Superliqası ideyası və futboldakı hazırkı duruma münasibət bildirib.
"CEMPİON.AZ" xəbər verir ki, o, “Marca”ya müsahibəsində Superliqanın bağlı yox, hələ də açıq olduğunu söyləyib: “Biz sadəcə istəyirik ki, liqanı alsınlar. Məsələn, “Sevilya” və “Vilyarreal”ın orada öz yeri olacaq. Azarkeşlər futboldan gedir. Biz o klublardan başlamaq istəyirik ki, onun tərəfdarları çox olsun. “Roma”nın “Mançester Yunayted” kimi populyarlığı yoxdur”.
Peres bildirib ki, hazırda futbola maraq itir, ona cəlbediciliyi azalır: “Biz hamını məmnun etmək istəyirik. Pul olmayanda futbol ölür. UEFA öz dominantlığını saxlamaq üçün bizi təhdid edir. Hazırda Lüksemburq məhkəməsinin qərarını gözləyirik”.
“Real”ın prezidenti deyib ki, İngiltərə klubları UEFA-nın hədəsindən sonra Superliqanı tərk ediblər: “Pandemiya dövründə klublar 8 milyard avro itiriblər, Çeferin isə öz maaşını qaldırır”.
DÜNYA FUTBOLU
Peres: “Roma”nın “Mançester Yunayted” kimi populyarlığı yoxdur”
25.06.2021 15:19
400