25.06.2021 16:16
413
Avro-2020-nin F qrupunun 3-cü turunda keçirilən Almaniya – Macarıstan matçı ilə bağlı intizam işi açılıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmada Macarıstan dövlət himninin oxunması zamanı azarkeşlərdən biri Almaniya yığmasının geyimində və LGBT-nin rənglərini özündə əks etdirən göy qurşağı formasında bayraqla meydana qaçıb.
Avropa futbol qurumu məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.
Qeyd edək ki, UEFA qarşılaşmadan əvvəl oyunun keçiriləcəyi “Alyans Arena”nın göy qurşağı rənglərində işıqlandırılmasını qadağan etmişdi.