25.06.2021 17:27
425
“Biz hər bir rəqibə qarşı ciddi hazırlaşırıq. Bütün rəqiblərə hörmətlə yanaşırıq. “Çukariçki”nin də necə bir klub olduğu məlumdur”.
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Çukariçki” klubunun baş məşqçisi Duşan Corçeviç deyib.
Serbiya klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında püşkatma vaxtı “Samqayıt” haqda tamamilə məlumatsız olduqlarını bildirib: “Hər bir turnirdə, hər bir oyunda ən yüksək iddianı ortaya qoymalısan. “Sumqayıt” haqda mümkün olan hər şeyi öyrənmişik. Hansı oyun üslubunda çıxış etdiklərini bilirik. Ancaq bu oyuna hazırlaşmaq üçün hələ kifayət qədər vaxtımız var. Hələ ki, Sloveniyada məşqlərimizi davam edirik. Öz işlərimizlə məşğuluq”.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə 29-da Azərbaycanda olacaq.