şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Fransa millisi 2 futbolçusunu itirdi

25.06.2021 19:26 Oxundu 436


Fransa milli komandasının daha iki futbolçusu sıradan çıxıb.

"CEMPİON.AZ" xəbər verir ki, yığmanın yarımmüdafiəçiləri Tomas Lemar və Markus Türam zədələnib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Hər iki futbolçu komandanın məşqində zədələnib.
Türam və Lemarın son durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, Fransa millisində bundan əvvəl Luka Din və Lukas Hernandes zədələnmişdi.
Fransa yığması Avro-2020-nin 1/8 final mərhələsində iyunun 28-də İsveçrə ilə qarşılaşacaq.