şənbə, 30 noyabr 2024

BİZİM FUTBOL

Sezar Meza Kolli: "Təbii ki, "Dinamo" çox yaxşı kollektivdir"

25.06.2021 21:31 Oxundu 462


"Neftçi"nin mənimlə maraqlandığını eşitməzdən əvvəl də onun böyük klub olduğunu bilirdim. Çünki illərdir Azərbaycanda futbol oynayıram".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Sezar Meza Kolli klubun rəsmi televiziyasına açıqlamasında deyib.
O deyib ki, Bakı təmsilçisinə keçməzdən əvvəl qardaşı Derlis Meza Kolli məsləhətləşib: Qardaşım klub haqda çox yaxşı danışdı. Vaxtı ilə onun "Neftçi"də komanda yoldaşları olan Emin Mahmudov  və Namik Ələskərov haqda da mənə müsbət fikirlər söylədi. Həmçinin baş məşqçi ilə də danışığımız oldu. Bu söhbətin "Neftçi"yə keçidimlə bağlı qərar verməyimə daha çox köməyi dəydi. İlk gündən məni doğmaları kimi qəbul etdiyi üçün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm".
Paraqvaylı yarımmüdafiəçi şəxsi hədəfinin həmişə komandanın daha da güclü olması üçün fayda vermək olduğunu bildirib: "Ümumi məqsədlərə gəlincə, istəyirəm ki, bütün mümkün titulları qazanaq. Dediyim kimi, həm məşqçilər heyəti, həm də futbolçular məni çisti qarşıladılar. Məşqlərimiz çox yaxşı davam edir. Yavaş-yavaş formamızı bərpa etməyə çalışırıq. İnanıram ki, bir neçə gündən sonra daha da yaxşı formada olacağıq.
Baş məşqçinin qurduğu oyun sistemində özümü rahat hiss edirəm. Çünki  bir neçə il əvvəl Kaxaber Sxadadzenin rəhbərliyi altında bu sistemdə oynamışam. Buna baxmayaraq, baş məşqçi mənə hansı mövqedə oynamağı tapşırsa, orada özümü rahat hiss etməyə çalışacağam".
Meza Kolli Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları Tbilisi "Dinamo"su haqda da danışıb: "Təbii ki, "Dinamo" çox yaxşı kollektivdir. Məşqçilər heyəti rəqib haqda bizə tez-tez məlumat verir. Günü-gündən daha çox informasiya alırıq. Ümidvaram ki, həmin oyuna qədər tam hazır olacağıq. Azarkeşlərə də təşəkkürümü bildirmək istəyirəm. Komandaya transfer olduğum ilk gündən bəri mənə böyük dəstək verirlər. Qardaşım da mənə "Neftçi" fanatları haqda çox şey danışıb. Onları xoşbəxt etmək üçün əlimdən gələni edəcəyəm".