26.06.2021 11:22
402
İngiltərə Futbol Federasiyası (FA) millinin baş məşqçisi Qaret Sautqeytə yeni müqavilə təklif etməyə hazırlaşır.
"CEMPİON.AZ" Daily Telegraph"a istinadən xəbər verir ki, bu barədə qurumun icraçı direktoru Mark Bullinqem öz açıqlamasında bildirib:
"İstərdik ki, Sautgeyt millini çalışdırmağa davam etsin. O, mükəmməl iş görür. Düşünürəm ki, Avropa çempionatından sonra onunla Avro-2024-ün sonuna kimi müqavilənin uzadılmasını müzakirə edəcəyik".
Xəbərə görə, Sautqeytə 3 illik sözləşmə təklif ediləcək.
Qeyd edək ki, Qaret Sautgeyt 2016-cı ildən İngiltərə yığmasının baş məşqçisidir.