“Qarabağ”ın transfer gündəmində olan daha bir futbolçunun adına aydınlıq gəlib.
"CEMPİON.AZ" Apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Braziliyadan vinger gətirmək niyyətindədir.
Baş məşqçi Qurban Qurbanovun maraq dairəsində olan oyunçulardan biri də “Botafoqo”nun sağ cinah oyunçusu Marsinyodur. Bu ilin martında “Qoyas”ya keçən 26 yaşlı oyunçu mümkün keçidi ilə bağlı müzakirə aparılır. Yeganə problem futbolçunun klubu ilə gələn ilin sonuna qədər müqaviləsinin olmasıdır. Ancaq Marsinyonun B seriyası təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkməsi onun Azərbaycana gəlişinə təkan ola bilər.
Qeyd edək ki, tam adı Marsio Antonio de Sousa Junior olan futbolçu hücumun hər iki cinahı ilə yanaşı, pleymeyker mövqeyində də çıxış edə bilir. O, “Botafoqo”nun heyətində ümumilikdə 6 matçda iştirak edib.
BİZİM FUTBOL
"Qarabağ" brazilyalı futbolçu transfer edə bilər - İDDİA
26.06.2021 14:23
588