şənbə, 30 noyabr 2024

BİZİM FUTBOL

"Qarabağ" yoxlama oyununda 7 qol vurdu

26.06.2021 19:54 Oxundu 491


Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ”la “Keşlə” təlim-məşq toplanışını davam etdirir.

"CEMPİON.AZ" xəbər verir ki, komandalar hazırlıq çərçivəsində ilk yoxlama görüşünü bir-birlərinə qarşı keçiriblər.
“Azersun Arena”da baş tutan qarşılaşmada Ağdam təmsilçisi böyükhesablı qələbəyə sevinib. Qurban Qurbanovun yetirmələri artıq ilk hissədəcə rəqib qapısından 4 cavabsız top keçirərək görüşün taleyini həll edib.
Xayme Romero və icarədən qayıdan Musa Qurbanlının dubl etdiyi oyunda yeni transfer Kadi Borqes də fərqlənib. “Qarabağ” rəqibini 7 cavabsız qolla darmadağın edib.
Qeyd edək ki, iyunun 30-də “Qarabağ”la “Sumqayıt” yoxlama görüşündə üz-üzə gələcək.
Yoxlama görüşü
26 iyun
“Qarabağ” – “Keşlə” – 7:0

Abdullah Zubir, 22, Xayme Romero, 28, 30, Musa Qurbanlı, 44, 47, Kadi Borqes, 61, Hüseyn Hüseynzadə, 88