26.06.2021 20:18
588
“Neftçi” klubu cinah yarımmüdafiəçisi Stiven Jozef-Monroz ilə başa çatan müqaviləni yeniləməyib.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, klub fransalı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb.