27.06.2021 14:55
443
“Sevilya”nın müdafiəçisi Jül Kunde karyerasını davam etdirmək istədiyi komandanın adını açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi “Real”ın formasını geyinmək arzusundadır.
Hazırda Fransa millisi ilə AVRO-2020-də olan Kunde bu istəyini komanda yoldaşları Kərim Benzema və Kilian Mbappeyə deyib. Mbappe kimi, o da “kral klubu”nu özü üçün ideal klub hesab edir. Ancaq bildirilib ki, futbolçunun transferi “Real”a 60 milyon avrodan ucuz başa gəlməz.
Qeyd edək ki, Jül Kundenin “Sevilya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.