şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Portuqaliya məğlub oldu, Çexiya növbəti mərhələdə

28.06.2021 01:53 Oxundu 437


Avro-2020-də 1/8 final mərhələsi davam edir.

"CEMPİON.AZ" xəbər verir ki, ikinci oyun günündə iki görüş keçirilib. Günün ilk matçında Niderland Çexiya ilə üz-üzə gəlib. Çexiya rəqibini 2 cavabsız qolla məğlub edib. Beləliklə Çexiya millisi iyulun 3-də 1/4 final oyununu Bakıda Danimarkaya qarşı keçirəcək.
Günün son görüşündə Belçika Portuqaliya ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Komanda 1/4 finalda İtaliya ilə görüşəcək.

23:00. Belçika - Portuqaliya - 1:0
Qol: 
Torqan Hazard, 42
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"

20:00. Niderland - Çexiya - 0:2
Qol: 
Hols, 68, Şkik, 80
Qırmızı vərəqə: De Liqt, 52 (Niderland)
Baş hakim: Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena"