28.06.2021 10:09
497
Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş Avro-2020-nin 1/8 finalında Belçikaya uduzaraq mübarizədən kənarlaşdıqları matç (0:1) haqqında danışıb.
"CEMPİON.AZ" UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis deyib:
"Bu oyun bizim üçün böyük bir məyusluqdur. Çünki 2016-cı ildəki kimi çempion olacağımıza inanırdıq. Futbolçular bütün portuqaliyalılar kimi ağlayır.
Qarşıda bizə kömək edə biləcək şeylər də var. Məsələn, 2018-ci ildə dünya çempionatını 1/8 final mərhələsində tərk etdik və növbəti il Millətlər Liqasını qazandıq. Önümüzə baxmalı və növbəti Dünya Kubokunu qazanmağa çalışmalıyıq".
Qeyd edək ki, Portuqaliya səddini aşan Belçika 1/4 finalda İtaliya ilə qarşılaşacaq.