şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Roy Kin: "Öz oyunları ilə məni dəli etdilər"

28.06.2021 11:42 Oxundu 540


“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Portuqaliya millisinin üzvü Joao Feliksin Avro-2020-nin 1/8 finalında Belçika ilə görüşdəki (0:1) oyununu tənqid edib.

"CEMPİON.AZ" xəbər verir ki, Kin goal.com-a açıqlamasında Feliksin qarşılaşmada bərbad çıxış etdiyini bildirrərək onun 100 milyon avro transfer qiymətinə layiq olmadığını deyib:
“Oyunçuların necə geri çəkildiklərini və qapıya zərbə vura bilmədiklərinə bəhanə tapmaq mümkün deyil. Heç olmasa, qapıçını yoxla. Bu kimi şeylər məni çox narahat edir.
Joao Feliks meydançaya girəndə ... Bu adam saxtakardır! Meydana ölkənizin və komandanızın buna çox ehtiyac duyduğu bir zamanda daxil olursan ... Qapıya zərbə vur! Feliks 100 milyon avroya dəyərmi? Kriştiano Ronaldonun (yığmanın kapitanı) yerində olsaydım, onu paltardəyişmə otağından qovardım. Feliks və Bruno Fernandeş öz oyunları ilə məni dəli etdilər. Onlar özlərindən başqa heç kimi günahlandırmamlıdırlar".
Xatırladaq ki, Portuqaliya millisi Belçika 0:1 hesabı ilə uduzaraq Avro-2020 ilə vidalaşıb.