28.06.2021 13:47
492
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç yerli mətbuata müsahibə verib.
"CEMPİON.AZ" xəbər verir ki, 51 yaşlı mütəxəssis yeni transfer Mahir Emreli ilə bağlı da danışıb.
O, "Mahir Emrelinin liqanın ulduzu olma potensialı varmı?" sualını belə cavablandırıb: "Kaş ki, olsun. Bunun üçün potensialı var. Amma bu liqaya çox sayda potensiallı oyunçu gəlsə də, heç də hamısı uğurlu ola bilməyib. Onun yaxşı oynaması və bizə kömək etməsi üçün hər şeyi edəcəyik. Emreli oyuna qoşulmağı sevən futbolçudur. Meydanda çox qaçır. Liqanın ulduzu olmasını istərdim. Amma heç nəyi əvvəlcədən deyə bilmərəm".
Xatırladaq ki, Mahir Emreli "Legiya"da meydana çıxdığı 2 yoxlama oyununda 4 qol vurub.