şənbə, 30 noyabr 2024

BİZİM FUTBOL

Filip Ozobiç: "Qrup mərhələsinə düşməyə çalışacağıq"

28.06.2021 15:13 Oxundu 498


"Yeni müqavilə imzaladığım üçün çox şadam. Ailəm və mən Azərbaycanda çox xoşbəxtik.
"CEMPİON.AZ" xəbər verir ki, bunları Filip Ozobiç klubun rəsmi saytına danışıb. 
"Burada hər şey ürəyimizcədir. Buna görə də yeni müqavilə imzaladım. Təbii ki, "Qarabağ" həmişə olduğu kimi çempionluq uğrunda mübarizə aparır. Mənim də hədəfim çempionluq titulunu geri qaytarmaqdır. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əlavə, Konfrans Liqasında da mübarizəyə başlayacağıq. Artıq rəqibimiz də məlumdur. Bu turnirə ciddi yanaşırıq. Burada qrup mərhələsinə düşməyə çalışacağıq. Əsas hədəfimiz budur və istəyimizi reallaşdırmaq üçün sona qədər mübarizə aparacağıq".