28.06.2021 15:48
536
"Bizim kimi bir komanda üçün meydanın mərkəzi çox vacibdir. İşi orta xəttdə görmürüksə, deməli, artıq biz deyilik".
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin 1/8 finalında Xorvatiya ilə keçiriləcək oyun haqda danışarkən deyib.
O, UEFA-nın rəsmi saytına açıqlamasında bugünkü görüşdə əsas mübarizənin meydanın mərkəzində gedəcəyini bildirib: "Qeyd etdiklərimi yalnız bizə yox, Xorvatiya millisinə də aid etmək olar. Oyuna nəzarət etmək üçün, meydanın mərkəzi uğrunda komandalar arasında bir döyüş görəcəyik. Xorvat futbolçularını yaxşı tanıyırıq. Onların əsas oyunçuları dəyşməyib, məşqçiləri də həmçinin. Bir-birimizi əzbərdən tanıyırıq".
Qeyd edək ki, bu gün keçiriləcək Xorvatiya - İspaniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.