28.06.2021 16:20
450
“Yuventus”un müdafiəçisi Merih Demiral tezliklə komandasını dəyişə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, Türkiyə millisinin üzvü A seriyasının iki klubunun diqqət mərkəzindədir.
Turin təmsilçisinin transferə çıxardığı 23 yaşlı mərkəz müdafiəçisini “Roma” və “Atalanta” heyətinə qatmaq istəyir. Xüsusən də, “canavarlar”ın baş məşqçisi Joze Mourinyo rəhbərlikdən gənc oyunçunun alınmasını tələb edib. Yeganə problem “qoca sinyora”nın bu keçid üçün 40 milyon avro istəməsidir.
Qeyd edək ki, Merih Demiral “Yuventus”a 2019-cu ildə “Sassuolo”dan keçib.