"İlk məşqçim Şaban Şirdanovla münasibətim çox yaxşıdır. Sonuncu dəfə 20 gün əvvəl Zaqatalada olanda görüşdük. 2-3 gün tennis oynadıq”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu Lent.az saytına müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
İlk məşqçisi olan Şaban Şirdanovu unutmayan mütəxəssis onunla müntəzəm əlaqə saxladığını, hətta indi də məsləhətlər aldığını bildirib: “Şaban müəllimin həyətində tennis masası var. Ora gedəndə idmanım onunla tennis oynamaq olur. Çox yaxşı tennis oynayır, amma mən daha yaxşıyam (gülür). Hətta son duelimizdə dedi ki, sən keçən dəfə ancaq hücumda yaxşı idin, indi həm də müdafiədə düzgün oynayırsan. Arada telefonla danışırıq. Şaban müəllimin yeri mənim həyatımda ayrıdır, onun xətrini çox istəyirəm, böyük dəyər verirəm. Məni futbolda anlayan, düzgün qəbul edən, çəkdiyim əziyyətə dəqiq dəyər verən ilk insandır. Onunla bəzi söhbətlərimiz olur. Daha çox uğursuzluq olanda mənimlə ünsiyyətdə olur. Bu özü onun böyüklüyünü, işə düzgün yanaşdığını göstərir”.
Qeyd edək ki, ilk peşəkar komandası “Daşqın” olan Qurban Qurbanova futbolun sirlərini Şaban Şirdanov öyrədib.
BİZİM FUTBOL
Qurban Qurbanov ilk müəlimi ilə münasibətindən danışıb
28.06.2021 16:53
530