şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

"Liverpul" danışıqlara başladı

28.06.2021 17:51 Oxundu 440


İngiltərənin “Liverpul” klubu Kinqsli Komanın transferi ilə bağlı danışıqlara başlayıb.

"CEMPİON.AZ" xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçunun nümayəndələri ilə əlaqə saxlayaraq transferlə bağlı müzakirələr aparıb.
“Bavariya”nın formasını geyinən futbolçunun atası oğlunun İngiltərədə çıxış etməsini istəyir. Bundesliqa klubu onunla müqaviləni uzatmağa çalışır.
Koman Münhen təmsilçisindəki durumundan narazıdır. Əgər yeni anlaşma əldə olunmasa, “Bavariya” Kinqslini satmalı olacaq. Münhenlilər onun üçün 60 milyon avro almağı planlaşdırır.