“Neftçi”nin kapitanı Emin Mahmudov sabiq komandası “Spartak” barədə fikirlərini bildirib.
"CEMPİON.AZ" xəbər verir ki, E.Mahmudov oyundan sonra Moskva klubunun telekanalına müsahibə verib. O deyib: “Spartak”a qarşı oynamaq həmişə xoş olub. Məmnunam ki, bir yerdə çıxış etdiyim futbolçulardan burada qalanlar var. Onlarla görüşmək xoş oldu. Artyom Rebrov, İlya Kutepovla söhbət etdik.
“Spartak”da oynamaq xoş idi. Təəssüf ki, orada çox qala bilmədim. Amma bu, futboldur. Belə bir böyük komandada oynamaq şansı qazanmağımı və klubu yalnız yaxşı hisslərlə xatırlayıram. Hamıya salam deyirəm. Bəzi fanatlar hərdən məni yada salırlar”.
Xatırladaq ki, E.Mahmudov 2011-13-cü illərdə müqavilə ilə "Spartak"ın futbolçusu olub. Həmin dönəmdə o, icarə qaydasında "Tom" və "Kriılya Sovetov" klublarında da çıxış edib.
BİZİM FUTBOL
Emin Mahmudov: “Spartak”a qarşı oynamaq həmişə xoş olub"
30.06.2021 12:24
473