şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

"Tottenhem"in baş məşqçisi ola bilər

30.06.2021 18:44 Oxundu 421


İngiltərənin “Vulverhempton” klubundan ayrılan Nunu Eşpritu Santu karyerasını Premyer Liqada davam etdirə bilər.

"CEMPİON.AZ" xəbər verir ki, portuqaliyalı mütəxəssis “Tottenhem”lə anlaşmağa yaxındır.
Digər namizədlərlə anlaşa bilməyən London təmsilçisi Santu ilə danışıqları yekunlaşdırmağa üstünlük verib. 4 il “Vulverhempton”da çalışmış baş məşqçi ilə müqavilə yaxın günlərdə imzalanmalıdır.
Qeyd edək ki, “Tottenhem” bunadək Antonio Konte, Maurisio Poçettino, Paulu Fonseka və Cennaro Qattuzo ilə maraqlanıb.