şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

"Barselona"nın ən yaxşısı seçildi

01.07.2021 10:17 Oxundu 433

"Barselona"da 2020/21 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, qalib Frenki de Yonq olub. Yonq klub rəhbərliyi, fan klub üzvləri və Kataloniya qəzetinin işçiləri tərəfindən mövsümün ən yaxşısı kimi qiymətləndirilir.
24 yaşlı yarımmüdafiəçi səsvermədə Lionel Messi və Mark-Andre ter Ştegeni geridə qoyub.
Qeyd edək ki, De Yonq geridə qalan mövsüm 51 matçda 7 qol vurub və 8 qolun ötürməsini verib.