01.07.2021 11:20
437
PSJ-nin futbolçusu Kilian Mbappe gələcəyi ilə bağlı qərarını verib.
"CEMPİON.AZ" "L'Equipe"yə istinadən xəbər verir ki, fransalı hücumçu Paris təmsilçisi ilə 2022-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini yeniləməyəcəyini və növbəti mövsüm klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Qeyd edək ki, 2018-ci ildən PSJ-dən "Monako"ya transfer olunan Mbappe ilə "Real" və Avropanın bir çox nəhəng klubu maraqlanır.