şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Joze Mourinyo: "İngiltərə hər şeyə hazırdır"

01.07.2021 11:47 Oxundu 480


“Roma”nın baş məşqçisi Joze Mourinyo İngiltərə millisinin Avro-2020-nin 1/8 finalında Almaniya üzərində qələbəsindən (2:0) sonra komandanın perspektivləri haqqında danışıb.

"CEMPİON.AZ" “Talksport”a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis deyib:
“Sautqeytin, oyunçuların və azarkeşlərin sevincinə görə xoşbəxtəm. Normal şərtlərdə İngiltərə finala qədər irəliləyəcək. Bu komandanın növbəti mərhələlərdə məğlub olmasını təsəvvür edə bilmirəm. Ancaq futbola və onun gözlənilməzliklərinə hörmət edilməlidir. Fransa İsveçrə ilə matçda (əsas və əlavə vaxt – 3:3, penaltilər seriyası – 4:5) son 10 dəqiqədə futbola hörmət etmədiyi üçün 1/4 finala adlaya bilmədi. Həmişə deyirəm: pis anlarda mənim və komandamın cəhənnəmə düşməsini istəmirəm, amma yaxşı məqamlarda da cənnətdə olmaq istəmirəm. Buna görə İngiltərə millisinə sakitləşməyi və diqqətini növbəti oyuna yönəltməyi məsləhət görərdim. Ancaq fikrimcə, İngiltərə hər şeyə hazırdır. Finala çıxmasaq, çox məyus olacağam. Çünki bunu mütləq bacarmalıyıq”.
Qeyd edək ki, İngiltərə millisinin 1/4 finaldakı rəqibi Ukraynadır. İyulun 3-də keçiriləcək matç 23:00-da başlayacaq.