şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Çexiya və Danimraka milliləri Bakıda qarşılaşacaqlar

03.07.2021 09:38 Oxundu 424


Bu gün Avro-2020-də 1/4 final mərhələsinin son oyunları keçiriləcək. 

"CEMPİON.AZ" xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. Əvvəl Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.
Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Qeyd edək ki, daha əvvəl Bakıda A qrupunun 3 oyunu keçirilib.

20:00. Çexiya - Danimarka
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu

23:00. Ukrayna - İngiltərə
Baş hakim:
 Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu