“Heç bir oyun seqmentində bizim üçün çətin olmadığını düşünürəm. Belçika kimi bir komandanı məğlub etmək üçün qüsursuz oynamaq lazımdır və bu gün tam olaraq belə oldu".
"CEMPİON.AZ" UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2020-nin 1/4 finalında Belçikaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"İki qol vurduq və daha fərqlənə bilərdik. Məncə qələbəyə tamamilə layiqik. Növbəti addım İspaniya millisidir. Amma nə qədər irəliləsək, bir o qədər çətin olur. İndi sadəcə oyundakı qələbəmizi düşünmək istəyirik" - deyə o bildirib.
Mançini komandasının oyun üslubundan məmnun olduğunu vurğulayıb: "Həqiqətən də yaxşı işlər görmüşük. Bu turnirdə hələ çox şey göstərməli olan komandamızın olduğunu anlayaraq "Uembli"yə gedirik. İspaniya da Belçika kimi çox sərt bir rəqibdir. Yarımfinala çıxmağımız vacibdir və buna hazır olacağıq.
İtaliya millisinin oyundan-oyuna irəlilədiyini düşünürəm. Çətin sınaqlardan çıxdıq, yaxşılaşdıq və yenə də inkişaf edə bilərik".
Qeyd edək ki, iyulun 6-ı keçiriləcək İtaliya - İspaniya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
DÜNYA FUTBOLU
Roberto Mançini: "İspaniya da Belçika kimi çox sərt bir rəqibdir"
03.07.2021 10:40
433