03.07.2021 11:49
471
"Qarabağ"ın Avstriyadakı toplanışında üçüncü yoldaşlıq matçında oyanayacağı rəqibi məlum olub.
"CEMPİON.AZ" xəbər verir ki, Ağdam təmsilçisi iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"la qarşılaşacaq. Oyunun başlama saatı barədə isə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, komanda iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoldaşlıq oyunu keçirəcək.