şənbə, 30 noyabr 2024

BİZİM FUTBOL

Mahir Emreli "Legiya"nın heyətində ÇL-də oynayacaq

03.07.2021 12:17 Oxundu 684


Millimizin üzvü Mahir Emreli "Legiya"nın Çempionlar Liqası üçün sifariş ərizəsinə daxil edilib.

"CEMPİON.AZ" xəbər verir ki, Varşava təmsilçisi  qitənin ən nüfuzlu klub turnirində iştirak üçün heyəti UEFA-ya təqdim edib.
Yığmamızın 24 yaşlı hücumçusu da I təsnifat mərhələsinin heyətində yer alıb. O, Norveç təmsilçisi “Bodo Qlimt”lə matçlara 11 nömrəli forma ilə sifariş olunub.
“Legiya” bu qarşılaşmalara 5 forvarda güvənəcək. İyulun 7-də və 14-dəki görüşlərdə heyətə düşmək üçün Mahiri Tomaş Pekhart, Ernest Muçi, Rafael Lopes və Luquinhas ilə rəqabət gözləyir.