03.07.2021 12:51
493
"Lester"də oynayan Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü Mançester təmsilçisinə keçə bilər.
"CEMPİON.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə “Lester”inin müdafiəçisi karyerasını Premyer Liqanın digər komandasına davam etdirməyə yaxındır.
“Mançester Siti" 25 yaşlı futbolçu ilə bağlı “tülkülər”ə rəsmi sorğu göndərib. “Lester” oyunçusunun transferindən 50-60 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Çağlar ötən mövsüm 32 oyunda 1 qol vurub.