03.07.2021 13:49
543
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Avro-2020-nin 1/4 finalındakı rəqibləri İngiltərə yığması ilə aralarındakı fərqdən danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, 44 yaşlı mütəxəssis deyib:
"Bu, fərqli bir intensivlikdir. İngiltərəli futbolçular ən yaxşı çempionatda - Premyer Liqada oynayırlar. Bu cür gərginliyə öyrəşiblər. Lakin bizim futbolçularımız Ukrayna liqasında oynayır və onların bu qədər intensivliyi yoxdur. Şanslarımız barədə danışmaq çətindir. Əlbəttə, rəqib bizdən daha yaxşı vəziyyətdədirlər. Ancaq düşünürəm ki, istək, düzgün yanaşma, ağıl və 100 faizlik fədakarlıq bizə kömək olacaq".
Qeyd edək ki, bu gün keçiriləcək Ukrayna - İngiltərə matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.