Belçika millisinin futbolçusu Kevin de Brüyne Avro-2020-nin 1/4 finalında İtaliyaya uduzduqları matç (1:2) haqqında danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi açıqlamasında görüşdə zədəli vəziyyətdə iştirak etdiyini deyib:
"Şəxsən mənim üçün son 4-5 həftə çox çətin keçdi. Amma xüsusilə tibbi heyətə təşəkkür etmək istəyirəm. İtaliya ilə matçda oynamağım möcüzə idi. Çünki ayaq biləyimdə zədə, yırtıq var idi. Amma bu qarşılaşmada ölkəm üçün oynamağın məsuliyyətini hiss etdim. Təəssüf ki, daha artığını bacarmadım. Məncə, qalib gəlmək üçün əlimizdən gələni etdik. Möhtəşəm bir qol vurdular. Lakin qapımızda gördüyümüz ilk top bizim səhvimizdən ola bilər. Onlar topa daha çox nəzarət edirdilər və top bizə gəlmirdi. Bu, utancverici idi. Mübarizəni dayandırmaq hər zaman məyusedicidir".
Qeyd edək ki, Belçikanı məğlub edən İtaliya yarımfinalda İspaniya ilə üz-üzə gələcək
DÜNYA FUTBOLU
Kevin de Brüyne: "Bu, utancverici idi"
03.07.2021 14:23
466