03.07.2021 15:15
488
Mahir Emreli "Legiya"nın heyətində növbəti oyuna çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, millimizin hücumçusu "Yagelloniya" ilə keçirilən yoxlama matçında iki dəfə rəqib qapısına yol tapıb. Mahirin vurduğu qollarla Varşava təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Futbolçu bununla da "Legiya"nın heyətində çıxdığı yoldaşlıq matçlarında vurduğu qolların sayını 6-ya çatdırıb.
Qeyd edək ki, Mahir Avstriya “Bişofshofen”inə (5:0) üç, Rusiya “Krasnodar”ına (1:1) bir qol vurub.