03.07.2021 15:45
437
İtaliyanın “Atalanta” klubu heyətini gücləndirmək üçün transfer edəcəyi müdafiəçini müəyyənləşdirib.
"CEMPİON.AZ" xəbər verir ki, Berqamo təmsilçisinin rəhbərliyi istədiyi oyunçunu A seriyasında tapıb.
“Atalanta” “Bolonya”nın müdafiəçisi Mattias Svanberqin xidmətində maraqlıdır. İsveçlinin klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Svanberqin transfer qiyməti 12 milyon avrodur.