03.07.2021 19:41
402
“Milan”ın transfer siyahısında olan daha bir futbolçunun adı müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, Niderlandın “Ayaks” klubunun futbolçusu Duşan Tadiç karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
Milanlılar artıq 32 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlara start verib. Tadiç “rossonyeri”yə keçidə razılıq verib. Lakin transferin gerçəkləşməsi üçün “Ayaks” rəhbərliyinin də razılığı zəruridir.
Qeyd edək ki, serbiyalı Niderland çempionatının ötən mövsümündə 34 oyun keçirib, 14 qol vurub.