şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Danimarka millisinin yarımfinaldakı rəqibi müəyyənləşdi

04.07.2021 01:10 Oxundu 713


Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulub.

"CEMPİON.AZ" xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.
Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn Danimarka yarımfinala yüksəlib.
Günün və mərhələnin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gəlib. İngiltərə millisi 4 cavabsız qolla qalib gəlib.
Beləliklə, bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Qeyd edək ki, daha əvvəl Bakıda A qrupunun 3 oyunu keçirilib.

23:00. Ukrayna - İngiltərə - 0:4
Qol: 
Keyn,4 , Makvayer, 46, Keyn, 50, Henderson, 63
Baş hakim: Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu

20:00. Çexiya - Danimarka - 1:2
Qollar: 
Dileyni, 5 (0:1), Dolberq, 42 (0:2), Şik, 49 (1:2)
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu